• Şb. Noy 23rd, 2024

Ehtiyata göndərilən general: “Kiminsə adını çəkən deyiləm” – MÜSAHİBƏ

ByYenigun.news

May 16, 2024




Müdafiə Nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Manset.az general-leytenant Ramiz Tahirovla əlaqə saxlayıb:  

– Ramiz müəllim, vəzifənizdən azad olunmağınızla bağlı nə deyə bilərsiniz? Bundan sonra hansı sahədə fəaliyyət göstərəcəksiniz?

– Mən Prezident İlham Əliyevə təşəkkür edirəm. Mənim xidmətlərim yüksək qiymətləndirilib. Hazırda bir sıra təkliflər var, qərar verməmişəm. Yəqin ki, bundan sonra hərbi sistemdə olmayacağam. Başqa bir sahədən təklif var. Sahənin konkret hara olması ilə bağlı bir söz deməyəcəyəm.

– Hazırda öz yerinizə komandan kimi görürsünüz?

– Öz yerimə kimin təyin olunacağı məsələsinə gəlincə, bu, mənim səlahiyyətimdə deyil. Kifayət qədər potensiallı insanlar var. Kiminsə adını çəkən deyiləm.

– Sizin yerinizə bir neçə şəxsin adı çəkilir. Onlar kifayət qədər təcrübəli yoldaşlardır. Biri Vətən Müharibəsi Qəhrəmanı general Namiq İslamzadə, digəri isə Hərbi Hava Qüvvələrinin Hava Təlim Komandiri general Namiq Bayramovdur. Bu barədə nə deyə bilərsiniz?

– Hər ikisini tanıyıram. Namiq Bayramovla Naxçıvanda bir yerdə çalışmışıq. Bilavasitə bu sahədə çox təcrübəli və biliklidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir