“Azərbaycanla Şərqi Avropa ölkələri arasında Azərbaycandan Avropa İttifaqı (Aİ) ölkələrinə “təmiz enerji”nin nəqlinin nəzərdə tutulduğu “yaşıl dəhliz” layihəsinin həyata keçirilməsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət kəsb edir”.
“Report” xəbər verir ki, bunu amerikalı analitik və köşə yazarı Pol Qobl deyib.
“Bu layihə Aİ-nin “təmiz”, bərpa olunan enerjiyə keçidlə bağlı məqsədlərinə uyğundur. Bu, eyni zamanda, Azərbaycanın bu məqsədləri dəstəklədiyini nümayiş etdirir”, – o bildirib.
Bununla belə, P.Qoblun fikrincə, təbii qaz hələ bir müddət əsas enerji mənbəyi olaraq qalacaq: “Məlum olduğu kimi, təbii qaz nisbətən təmiz qalıqlı yanacaq hesab olunur. Buna görə də o, ənənəvi enerji resurslarından “yaşıl enerji”yə keçid hesab olunur”.
Xatırladaq ki, Rumıniyada dekabrın 17-də Prezident İlham Əliyevin səfəri çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.