• Bz. Noy 24th, 2024

Elçin Əmirbəyov: “Biz erməniləri yaşayış yerlərini tərk etməməyə çağırırıq”

ByYenigun.news

Sen 28, 2023


“Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda guya “etnik təmizləmə” aparılması ilə bağlı bəyanatı yalandır”.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC radiosuna müsahibəsində deyib.

O, qeyd edib ki, erməni sakinlərin hazırda Azərbaycanın Qarabağ bölgəsini tərk etməsi onların şəxsi qərarıdır və məcburi köçürmə ilə heç bir əlaqəsi yoxdur.

“Əksinə, biz erməniləri təlaş içində yaşadıqları yerləri tərk etməməyə və çoxmillətli Azərbaycanın bir hissəsi olmağa çağırırıq”, – deyə E.Əmirbəyov bildirib.

O, həmçinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə rəsmi Bakı tərəfindən həyata keçirilən humanitar yardımın zəruriliyi barədə məlumat verib.

“Məqsədimiz suveren ərazilərimizdə qanunsuz separatçı rejimi devirmək idi. Biz bu məqsədə nail olduq. Bu gün Qarabağ separatçıları öz qurumlarını ləğv etdiklərini elan etdilər. Bundan sonra orada yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası və dinc yanaşı yaşaması yolu ilə normal həayata qayıdışı şansı yaranır”, – deyə Prezidentinin nümayəndəsi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir