“Londonda olan Azərbaycan diplomatları öz işlərinə davam edirlər”.
Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov özünün “Twitter” hesabından xəbər verib.
Diplomat Londonda radikalların Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumunun qəbuledilməz olduğunu bildirib və hadisəni barbarlıq adlandırıb.
“Bu, diplomatik müəssisələrin toxunulmazlığı prinsipini birbaşa pozub”, – deyə E.Süleymanov vurğulayıb.
O hazırda Bakıda olduğunu qeyd edib.
Safety and security of our citizens, including Embassy officials, are our top priorities! Even under duress and endangerment Azerbaijani diplomats, who are currently in London, continue their work @AzerbaijaninUK@FCDOGovUK @ukinazerbaijan https://t.co/nflCTvr6eG
— Elin Suleymanov (@ElinSuleymanov) August 5, 2022
Səfir həmçinin qeyd edib ki, vətəndaşların, o cümlədən səfirlik əməkdaşlarının təhlükəsizliyi diplomatik qurumun əsas prioritetidir.
“Hazırda Londonda olan Azərbaycan diplomatları hətta təzyiq və təhlükə şəraitində də öz işlərini davam etdirirlər”, – deyə o əlavə edib.
Qeyd edək ki, avqustun 4-də “Mehdinin xidmətçiləri” təşkilatının üzvləri Azərbaycanın Londondakı səfirliyinə hücum ediblər. Qanunu pozanlar artıq London polisi tərəfindən saxlanılıb.