• Ça. Noy 26th, 2024

Əliyev-Tokayev danışıqları böyük strateji məqsədlərə izah verir – TƏHLİL + FOTO

ByYenigun.news

Mar 12, 2024


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərinin çərçivəsi geniş gündəliyi əhatə edir və gələcək geosiyasi məqsədlərə izah verir.

Cənab Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, iki ölkənin Ali Dövlətlərarası Şurasının birinci iclasında iştirakı, yeni sənədlərin imzalanması Bakı-Astana strateji tərəfdaşlığının planlarını açıqlayır.

Belə ki, Azərbaycanla Qazaxıstan format edilən dünya nizamında:

– Müştərək maraqlara xidmət edən layihələrin təşviqi üçün cəsarətli öhdəliklər götürüb, onları icra edirlər;

– Nəqliyyat dəhlizlərini, o cümlədən dəniz marşrutlarını, energetika sahəsindəki əməkdaşlığı dünya geoiqtisadi arteriyasının daxilinə yerləşdirirlər;

– Tranzit şəbəkəsindəki konturlarını plana uyğun olan marşrut boyunca əhəmiyyətli geosiyasi təsir yaradan qüvvə kimi irəliyə aparırlar.

Bu mənada, Əliyevlə Tokayevin müzakirə predmetləri onların Çinin Siyan terminalından Qazaxıstan vasitəsilə Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişini izləməsi fonunda daha aydın şəkildə canlanır.

Çin mərkəzli nizam əsasında qlobal ticarət damarlarının şaxələndirilməsi və onların alternativ dəhlizlər kimi inkişafı perspektiv üçün kritik əhəmiyyət kəsb edir.

Trans-Xəzər nəqliyyat dəhlizinin (Orta Dəhliz) başlanğıc nöqtəsi olan Çin Qazaxıstan, Azərbaycan, Türkiyə, Gürcüstan vasitəsilə Avropa arasında geosiyasi və geoiqtisadi təsirləri güclü olan şəbəkə formalaşdırır.

Başqa sözlə, Çin beynəlxalq intizamın gələcək taleyi barədə qərar vermək üçün limanları, dəmiryollarını, dəniz ticarətini genişlənmə siyasətinin mərkəzinə gətirir. Bu, Çinin rəqibləri ilə rəqabətdə daha çox səlahiyyət götürmək qabiliyyətini artırır.

Azərbaycanla Qazaxıstan Çin və onun rəqibləri arasında cərəyan edən güc balansına tənzimləyici xarakter verirlər.

Üstəlik, Bakı ilə Astananın oxşar tranzit imkanları və potensialı regionda ambisiyalı təsirlərə qarşı çıxmaq bacarıqlarını genişləndirir.

Bununla belə, bu cür məqsədlərə tam gücü ilə nail olmaq üçün layihəyə qarşı potensial siyasi problemlər həll edilməlidir.

Buna görə də Orta Dəhlizin yan keçdiyi güclər, o cümlədən Rusiya ilə müəyyən mübahisəli məqamların müzakirə masasında olduğu istisna deyil.

Hər bir halda, Əliyevlə Tokayevin müzakirə masası iki ölkənin regional və beynəlxalq miqyasdakı potensial iqtisadi və siyasi faydalarını təklif edir.

Azərbaycanla Qazaxıstan daha böyük strateji portretdə geosiyasi və geoiqtisadi ştrixlərini bərkitmək üçün Türk Dövlətləri Təşkilatı çərçivəsindəki inteqrasiya proseslərinə həlledici töhfə verirlər.

Düzdür, TDT Azərbaycan və Türkiyənin təşəbbüsü ilə qlobal meydana atılıb, amma indi onun əsas iqtisadi potensialını Qazaxıstan, Azərbaycan və Türkmənistan (müşahidəçi üzvdür) qarşılayırlar.  

TDT çərçivəsindəki dinamikanın özü müsbət qiymətləndirmələrə səbəbdir. TDT dünyada böhranların kəskinləşdiyi dövrdə ittifaq kimi beynəlxalq siyasi hərəkatın önünə çıxmağı hədəfləyir.

Bakı ilə Astana görüləsi işləri də nəzərdən qaçıra bilməzlər, ona görə də demək olar ki, Əliyev-Tokayev arasındakı görüşdən sonra iki dövlət:

– Çoxşaxəli əlaqələr dinamikasını ən yüksək mərtəbəyə qaldırmaq üçün səylərini birləşdirəcək,

– Bir neçə mərhələdən ibarət yeni kommunikasiyaların yaradılmasını təsdiqləyən qərarlar verəcək.

Bunlar yaxın gələcəkdə Astananın Cənubi Qafqazda və əksinə, Bakının Mərkəzi Asiyada təsirlərini gücləndirəcək…

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir