Türkiyənin birinci xanımı Əminə Ərdoğan iqlim böhranı ilə bağlı son dərəcə əhəmiyyətli konfrans olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda təşkilini sevindirici hal kimi qiymətləndirib.
Bu barədə Ə.Ərdoğan “X” sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ilə görüşüb.
“Bu kontekstdə əməkdaşlıq sahələrimiz haqqında fikir mübadiləsi apardıq. Türkiyə olaraq bir çox sahələrdə olduğu kimi, COP29-da da qardaş Azərbaycana bütün imkanlarımız və təcrübəmizlə dəstək olmaqdan məmnun olarıq. Ümid edirəm ki, konfrans Azərbaycana və bütün dünyaya fayda verəcək”, – Ə.Ərdoğan qeyd edib.
İklim Değişikliği Taraflar Konferansı #COP29 Başkanı, Azerbaycan Ekoloji ve Doğal Kaynaklar Bakanı Mukhtar Babayev ile bir araya geldik.
İklim kriziyle ilgili son derece önemli olan uluslararası zirvenin Azerbaycan’da düzenleniyor olması memnuniyet verici.
Bu bağlamda iş… pic.twitter.com/sQ5UkHTXXX
— Emine Erdoğan (@EmineErdogan) March 5, 2024