Qarabağda 2 764 şagird yerlik 4 məktəb tikilir.
“Report” xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı deyib.
O qeyd edib ki, müharibədən dərhal sonra ərazilərin minalardan təmizlənməsinə başlanılıb və bu, ərazilərin yenidən qurulması üçün ən böyük çətinlikdir.
“Belə ki, 2020-ci ilin noyabrında üçtərəfli sazişin imzalanmasından sonra 224 nəfər mina qurbanı olub”, – E.Hüseynov qeyd edib.
Onun sözlərinə görə, 30 il ərzində Azərbaycan əraziləri tam təmizlənməyə məruz qalıb: şəhərlər, abidələr dağıdılıb, ekosistem zədələnib.