“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) təkcə Azərbaycanda deyil, Əfqanıstanda, Türkiyədə minaların təmizlənməsinə öz dəstəyini verib. BMT bunu qiymətləndirir”.
APA xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı keçmiş rəhbəri Ercan Murat Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
E. Murat bildirib ki, ANAMA üçün yeni səmərəli əlaqələrin yaradılması üçün imkanlar genişdir:
“Minaların təmizlənməsi dayanıqlı inkişaf üçün əsas şərtlərdəndir. Bu, insan həyatını xilas etmə, iqtisadi inkişafa nail olmaq üçün vacibdir”.