Türkiyədə keçirilən III Antalya Diplomatik Forumunda Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib.
“Türk Dövlətləri Təşkilatımız vasitəsilə türk dünyasını birlikdə daha da gücləndirmək üçün işlərimizi davam etdiririk”, – deyə Ərdoğan forum iştirakçılarına müraciət edib.
“Qarabağın 30 illik işğalı başa çatdıqdan sonra Ermənistanla başladığımız normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirəcəyik”, – Türkiyə lideri vurğulayıb.
Mənbə: dunya.com