• C. Yan 24th, 2025

Erməni deputat: “Əskipara Azərbaycanın yurisdiksiyasına qayıdır”

ByYenigun.news

May 26, 2023


“Azərbaycanın Qazax rayonunun Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri Azərbaycanın yurisdiksiyasına qayıdır”.

Bu açıqlama ilə Ermənistanın “Vətəndaş Sazişi” fraksiyasından olan deputat Sovinar Vardanyan çıxış edib.

“Dünən Moskvada Azərbaycan və Ermənistan liderlərinin Rusiyanın vasitəçiliyi ilə dəqiq hansı razılığa gəldiklərini bilmirəm, lakin Noyemberyan rayonunun Vaskepar kəndində (ermənilərin Əskiparaya verdikləri saxta ad – red.) yaşayan ermənilərə bu ərazinin tezliklə Azərbaycan Respublikasının yurisdiksiyasına keçəcəyi barədə məlumat verilib”, – deyə erməni deputat bildirib.

Məlumat üçün əlavə edək ki, Yuxarı və Aşağı Əskipara kəndləri Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kəndlərdir. Kəndlər 8 iyun 1992-cı ildən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Mənbə: “Caucasian bureau” “Telegram” kanalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir