“Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”.
Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb-tanımaması sualını cavablandırarkən deyib.
Onu da əlavə edək ki, Şenqavitdə Vətəndaş Sazişi partiyasının kampaniyası zamanı sakinlərdən biri yuxarı mərtəbədən Simonyanın başına su töküb.
Görüntülər sosial mediada yayılıb.