• Ç. Noy 27th, 2024

Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı

ByYenigun.news

Sen 8, 2023


Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, İrəvanın qeyri-dost hərəkətləri fonunda ona sərt bəyanat verilib.

Rusiya tərəfi Ermənistan səfirinə bloqer Badalyanın və “Sputnik Ermənistan”ın köşə yazarı Gevorkyanın saxlanmasından narahatlığını bildirib.

Həmçinin, Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya ünvanladığı bəyanatlara görə Ermənistan səfirinə etiraz notası təqdim edilib.

“Moskva Rusiya və Ermənistanın müttəfiq olaraq qalmasından yana çıxış edir. Rusiya Federasiyası bundan sonra da Ermənistan və Azərbaycan arasında bütün razılaşmaların yerinə yetirilməsini təmin etmək üçün bütün səylərini göstərəcək” – XİN-in məlumatında deyilir.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir