İyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni raundu başlayacaq.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə bildirib.
“İyunun 12-dən Vaşinqtonda Ermənistan və Azərbaycan XİN başçıları formatında görüşlər keçiriləcək”, – Paşinyan bəyan edib.
Onun sözlərinə görə, iyunun 2-də Moskvada regional kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun görüşü baş tutacaq.