• Be. Dek 22nd, 2025

Ermənistan XİN Laçındakı son hadisələrə görə Rusiya səfirini çağırdı

Byadmin

İyn 16, 2023


Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistan XİN xəbəri təsdiqləyib. Qurumdan bildirilib ki, Rusiya Federasiyasının səfiri ilə bu gün Xarici İşlər Nazirliyində keçirilən görüşdə Həkəri körpüsündəki hadisə ilə bağlı Ermənistanın kəskin narazılığı ifadə olunub.