• Şb. Sen 13th, 2025

Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar – VİDEO

ByYenigun.news

Apr 28, 2024




Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən Ermənistan vətəndaşları traktorlarla Yexeqnadzor şəhəri yaxınlığında Ermənistan-İran dövlətlərarası avtomobil yolunun hərəkətini bağlayıblar.

Bu barədə “Vətən uğrunda Tavuş” siyasi hərəkatının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl hərəkat etirazçıların İrəvan-Gümrü yolunu bağladıqları barədə məlumat verib.

Xatırladaq ki, aprelin 25-də yüzlərlə erməni Ermənistanın rayonlarında və paytaxtında küçə və magistral yolları bağlayaraq, Azərbaycanla sərhədin birtərəfli delimitasiyasına etiraz ediblər.

Mənbə: Ermənistan KİV