• C. Noy 29th, 2024

Ermənistanda Nikol Paşinyanı tənqid edən 802 nəfərə cinayət işi açılıb – HESABAT

ByYenigun.news

Mar 14, 2023

“Heç bir Qərb ölkəsinin lideri və ya hansısa qərbli jurnalist Ermənistanı demokratik ölkə adlandıra bilməz”.

“Report” xəbər verir ki, bunu hüquq müdafiəçisi Səidə Qocaman Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatın təqdim olunma mərasimində deyib.

O xatırladıb ki, 2020-ci ilin sonunda Ermənistanda xalq Baş nazir Nikol Paşinyana qarşı ayağa qalxıb:

“Həmin vaxt Ermənistanda həbs olunan jurnalistlərə işgəncələr verilib. Nikol Paşinyana və onun hakimiyyətinə qarşı çıxan jurnalistlərin dilə gətirdikləri ağır təhqirlərə görə Ermənistanda 802 nəfərə cinayət işi açılıb. Bizim hesabatımız genişdir. Bunu Avropa İttifaqına və hüquq müdafiə sahəsində beynəlxalq təşkilatlara göndərəcəyik. Qərb siyasətçiləri və jurnalistlərinin Ermənistanı Qafqazın ən demokratik ölkəsi kimi təqdim etmələri əsassızdır. Çünki bu ölkədə insanların toplaşma azadlığına, söz azadlığına mane olur”.

S.Qocamanlı vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın tərəfdarlarları həbs olunublar, bir deputat qətlə yetirilib.

Onun sözlərinə görə, bütün bunlar Ermənistanın tam demokratik ölkə olmadığını deməyə imkan verir:

“Hesabatlarımızı bütün aparıcı beynəlxalq təşkilatlara göndərəcəyik”.

Hüquq müdafiəçisi hesab edir ki, Ermənistanda olan insan hüquqları pozuntuları Azərbaycanla müqayisəedilməz dərəcədə çoxdur. .

O, Azərbaycana qarşı ikili standartların aradan qaldırılmasını tələb edirlər:

“Həmişə Ermənistanda insan hüquqlarının yüksək səviyyədə olduğunu iddia edirlər. Haradadır bu insan hüquqları? Bu hesabat göstərir ki, Ermənistanda olan insan hüquqları pozuntuları Azərbaycanla müqayisəedilməz dərəcədə çoxdur. Bu məsələdə Azərbaycanla Ermənistanı tərəzinin eyni gözünə qoymaq olmaz”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir