Ermənistanın hansı səbəbdən KTMT ilə yox, ABŞ ilə birgə təlimlər keçirməsi çox ciddi təhlil tələb edir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O belə bir təhlilin İrəvanla dialoqda aparılacağını qeyd edib.
“Ermənistanın KTMT ilə təlimlər keçirmək istəyini ifadə etməməsi, indi isə amerikalılarla təlimlər təşkil etmək istəyini necə bəyan etməsi çox dərin təhlil tələb edən qərarlardır. Ermənistanın məhz niyə belə qərarlar verdiyi, hansı məqsədlər güddüyünü anlamaq üçün bunlar təhlil edilməlidir”, – deyə Kremlin sözçüsü bildirib.
Xatırladaq ki, bu gün ABŞ və Ermənistan hərbçilərinin “Eagle Partner 2023” birgə təlimləri start götürüb. Tədbirin doqquz gün davam etməsi planlaşdırılıb.
Mənbə: TASS