• Şb. Noy 23rd, 2024

Ermənistanın mina terroru digər canlıları da məhv edir – Beynəlxalq təşkilatlara müraciət ünvanlanıb

ByYenigun.news

Noy 1, 2023


“Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayının videosu yayılıb. Ermənistanın Azərbaycana qarşı mina terroru davam etməkdədir. Düşmənin bu terrorundan insanlarımızla yanaşı, heyvanlar da zərər çəkir”.

Məsələ ilə bağlı “Trend”ə açıqlama verən “Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi”nin sədri Qəmzə Yusubova bildirib ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru uzun illərdir davam edir.

“Ermənistanın ərazilərimizdə basdırdığı minalar nəticəsində insanlarla yanaşı, flora və faunamız da ziyan çəkir. Torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan ərazilərimizdə basdırdığı minaların dəqiq xəritəsini təqdim etməyib. Mina ilə çirklənmiş ərazidə heyvanların da minaya düşməsi gözləniləndir. Ayıların minaya düşməsi ilə bağlı yayılan görüntülər faktların çox az hissəsidir. Azad olunmuş ərazilərdə, demək olar ki, hər gün belə hadisələr baş verir”.

Q.Yusubova qeyd edib ki, həmkarlar təşkilatları olaraq bundan çox narahatdırlar.

“Bir neçə gün bundan qabaq bununla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Müraciətin cavabı gəlməmiş yeni bir fakt ortaya çıxır. Bu da ermənilərin mina terrorunu bir daha isbatlayır. Mina partlayarkən iri heyvanlarla yanaşı, minlərlə qarışqa yuvaları, böcəklər məhv olur. Cənubi Qafqazın ekoloji cəmiyyətləri birləşib Ermənistanın törətdiyi ekoloji terroru, təhdidi dayandırmalıdır. Dünya bu məsələdə birləşməli, həmrəy olmalı, Ermənistanın ekoloji terroruna son qoymalıdır. Biz bununla bağlı ciddi işlər görürük. Öz canlı aləmimizi, flora və faunamızı qorumaq iqtidarındayıq.

Ermənistanın dağ-mədən sənayesindəki fəaliyyətləri nəticəsində kimyəvi tullantılar təmizlənmədən bizim su hövzələrimizə axıdılır və həmin su hövzələrində yaşayan bitki və heyvanlar aləmi məhv olur”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir