Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilin sonuna qədər İrəvan və Bakı nümayəndələrinin yeni görüşünün keçirilə biləcəyini istisna etmir.
“Konkret razılaşmalar yoxdur, amma düşünürəm ki, belə bir görüş ilin sonuna qədər baş tutacaq”, – deyə A. Mirzoyan ölkə parlamentində çıxışı zamanı bildirib.
“Sülh danışıqları çərçivəsində müzakirələr fəal şəkildə davam edir. Ermənistan tərəfi Bakının sülh müqaviləsi ilə bağlı növbəti təkliflərini alıb və artıq cavab hazırlayır.
Tərəflərin yanaşmaları hələ də bir-birindən uzaqdır, lakin Ermənistan və Azərbaycan onları yaxınlaşdırmağa çalışır”.
Mənbə: Sputnik Ermənistan