• Şb. Noy 30th, 2024

EU Reporter: “İrəvan Bakıyla sülh sazişində maraqlıdırsa, siyasi manipulyasiyaya son qoymalıdır”

ByYenigun.news

Sen 15, 2023


“Ermənistandakı revanşist qruplar Azərbaycanla münaqişəni hələ də bitməmiş hesab edirlər və əmindirlər ki, İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatçılara bundan sonra da himayədarlıq etməlidir”.

Bu barədə “EU Reporter” nəşrində dərc olunan məqalədə deyilir.

Bildirilir ki, bununla onlar Azərbaycan üçün qəbuledilməz olan “boz zona” yaratmağa çalışırlar.

“Bu taktikaya separatçılara siyasi, iqtisadi və hərbi dəstək vermək, eyni zamanda, Azərbaycanla danışıqları əhəmiyyətli nəticə əldə etmədən davam etdirmək daxildir. Belə bir taktika Bakı ilə İrəvan arasında sülh danışıqlarına mane olur və gələcəkdə regionda münaqişənin kəskinləşməsinə səbəb ola bilər”, – deyə məqalədə əlavə olunub.

Yekunda bildirilib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması bütün region üçün iqtisadi baxımdan ciddi fayda verəcək:

“Əgər Ermənistan Azərbaycanla bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaqda maraqlıdırsa, siyasi manipulyasiyalara son qoymalıdır. Münasibətlərin nizama salınması regional iqtisadi inteqrasiya və əlaqələrin artırılması üçün yeni imkanlar yaradacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir