“İran dayanmayacaq. Biz bütün beynəlxalq təşkilatlara İranın Azərbaycana qarşı təhdidlərini çatdırmalıyıq”.
APA xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı bugünkü plenar iclasda çıxışı zamanı deyib.
“Avropa, ABŞ-də və digər ölkələrdə İrana qarşı Azərbaycan diasporunun mitinqləri təşkil edilməlidir. Biz İrana qarşı sanksiyalarda iştirak etməli, anti-İran koalisiyası yaratmalıyıq”, – deyə Fəzail Ağamalı bildirib.