“Qlobal Bakı Forumu müxtəlif məsələlərin həllinə kömək edə bilər”.
Bunu “Report”a açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi İsmaxane Eluafe bildirib.
O deyib ki, bu gün Azərbaycanın paytaxtında keçirilən tədbir iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi sahəsində problemləri müzakirə etməyə imkan verəcək.
O bildirib ki, BMT-nin məlumatına görə, 2021-ci ildə 828 milyon insan aclıqla üzləşib ki, bu da 2020-ci ildəki göstəricidən 150 milyon nəfər çoxdur.
İ.Eluafe vurğulayıb ki, bütün bunlar ədalətsiz bölgü və kifayət qədər ərzaq məhsullarının tədarükünün olmaması ilə bağlıdır.