“Xarici işlər naziri Ceyhun Bayramovu mühüm səfər çərçivəsində Londonda görməkdən məmnunam”.
Bunu Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld “Twitter” hesabında bildirib.
“Strateji dialoqumuz Böyük Britaniya-Azərbaycan münasibətlərini dərinləşdirir və diqqətimizi gələcək əməkdaşlığa yönəldir. Biz ölkələrimiz üçün əsas təhdidlər və onlarla mübarizə yolları barədə danışdıq”, – deyə diplomat qeyd edib.
Dünən @Bayramov_Jeyhun-u bu mühüm rəsmi səfəri zamanı Londonda görməkdən çox məmnunam.
Strateji Dialoqumuz 🇬🇧-🇦🇿 münasibətlərini dərinləşdirir və diqqətimizi gələcək əməkdaşlığa yönəldir.
Biz ölkələrimiz üçün əsas təhdidlər və onlarla mübarizə yolları barədə danışdıq. pic.twitter.com/il2bUadVQN— FergusAuldFCDO (@FergusAuldFCDO) June 21, 2023