• Bz. Dek 21st, 2025

FHN-in 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə Xankəndiyə yola salınıb – FOTO

Byadmin

Sen 26, 2023


Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib. Hazırda ərazidə yanğın davam edir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə hələ də davam edən yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.

Ehtiyac yaranacağı təqdirdə əlavə qüvvələr də cəlb olunacaq.