• Ca. Noy 28th, 2024

Fidan və Blinken Qarabağdakı vəziyyəti müzakirə ediblər

ByYenigun.news

Sen 23, 2023


Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken Nyu-Yorkda taxıl sazişi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son hadisələri müzakirə ediblər.

“Bu gün BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutan görüş 45 dəqiqə davam edib. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı üçün qarşıdakı dövrdə atılacaq konkret və konstruktiv addımlar ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı həmçinin Qara dəniz taxıl təşəbbüsü, İsveçin NATO-ya üzvlüyü və Qarabağdakı son hadisələr də müzakirə edilib”, – Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Mənbə: TRT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir