• Bz. May 11th, 2025

Florens Anselmo: “BQXK çox sayda itkin düşmüş şəxsin işi ilə məşğul olur”

ByYenigun.news

Sen 18, 2023


“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) çox sayda itkin düşmüş şəxsin işi ilə məşğul olur və bu prosesdə bitərəf kimi iştirak edir”.

“Report” xəbər verir ki, bunu BQXK-nın Ailə Əlaqələrinin Axtarılması və Bərpası üzrə Mərkəzi Agentliyinin rəhbəri Florens Anselmo Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Florens Anselmo Azərbaycan hökumətinə bu tədbirə ev sahibliyi etdiyinə görə təşəkkür edib.

Onun sözlərinə görə, bu məsələdə lazımi təcrübəyə malik bir sıra ölkələrin nümayəndələri iştirak edirlər.

Florens Anselmo itkin düşənlərin ailə üzvlərinin axtarışda iştirakının vacibliyini qeyd edib.

“Biz yadda saxlamalıyıq ki, hər bir belə hadisənin arxasında hələ də yaxınlarının taleyindən xəbərsiz ailələr dayanır”, – deyən BQXK nümayəndəsi itkin düşmüş şəxslərin axtarışı məsələsinin siyasiləşdirməməli olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir