• Bz. Noy 24th, 2024

Forrest: “Yeni Kaledoniyanın Fransanın müstəmləkəsindən çıxması məsələsində Azərbaycanın mövqeyi vacibdir”

ByYenigun.news

Mar 2, 2023

“Yeni Kaledoniyanın Fransanın müstəmləkəsindən çıxması məsələsində Azərbaycanın mövqeyi çox vacibdir. Hətta bu məsələ ilə əlaqəli perspektivlər görürük”.

“Report” xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən Yeni Kaledoniya müstəqillik hərəkatının sözçüsü Maykl Forrest jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, suverenlik baxımından Azərbaycan Yeni Kaledoniyaya dəstəkdir:

“Bu məsələdə tək Azərbaycanla deyil, digər ölkələrlə də əlaqələri genişləndirmək niyyətindəyik. Fransanın müstəmləkəçilik siyasətindən danışırıqsa, Əlcəzairdə törədilən cinayətlər və Makronun bugünkü siyasətinə nəzər salsaq, görərik ki, onlar dayanmaq bilmir. Bütün hallarda onları hansısa formada dayandırmaq lazımdır. Biz hansısa mərhələdən başlamaq istəyirik. Lakin təəssüf ki, Makron siyasəti ilə bu mümkün deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir