Fransa əhalisinin əksəriyyəti hesab edir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda baş verən hadisələrə Paris qarışmamalı idi.
Oxu.Az-ın məlumatına görə, bu barədə ölkədə keçirilən ictimai rəy sorğusundan məlum olub.
Sorğu iki gün əvvəl Fransanın BFM TV telekanalının sifarişi ilə sosioloqlar arasında yer alan ELABE ictimai rəy institutu tərəfindən keçirilib.
Respondentlərdən Qarabağdakı son hadisələrdən sonra Fransa nə etməli olduğu soruşulub.
Cavablar aşağıdakı kimi olub:
– Bu münaqişəyə qarışmamaq – 38%;
– Hərbi müdaxilə olmadan iqtisadi sanksiyalar tətbiq etmək – 30%;
– Bilmirəm – 25%;
– Yerli əhalini qorumaq üçün (?) Azərbaycana qarşı “DQ”yə qoşun yeritmək – 6%.