• Be. Noy 25th, 2024

Fransalı ekspert: “Paris hökuməti müxalifəti sıxışdırır”

ByYenigun.news

İyl 3, 2023


“Fransa hökuməti ölkədə müxalifəti sıxışdırır”.

Bu fikirləri “Report”un yerli bürosuna böhranlar zamanı kommunikasiya üzrə ekspert və təşkilatlar yanında strateji məsləhətçi Jan-Fransua Düma bildirib.

Onun sözlərinə görə, Fransada baş verən bugünkü böhran və son hadisələr 20 ildən çoxdur ki, ölkədə aparılan yanlış siyasətin əlamətlərindən biridir:

“Hazırda ölkədə baş verənlərə ölkə rəhbəri Emmanuel Makron biganə münasibət bəsləyir. Parisətrafı şəhərlərdə əhalinin çox ciddi inteqrasiya problemi var. Əgər bu gün oradakı insanlar bizə, tariximizə, cəmiyyətimizə qarşı münaqişəyə giriblərsə, burada yalnız özümüz günahkarıq. Emmanuel Makron gəlmələri ölkəyə buraxır. Bunun müqabilində ölkədə onları qəbul etmək, yerləşdirmək, mənzillə təmin etmək, inteqrasiyalarını təmin etmək üçün heç bir şərait yoxdur.

Miqrantlar ictimai yerlərdə dağıntılar törədir, ticarət obyektlərini talan edirlər. Çünki bilirlər ki, onlara münasibətdə ciddi tədbirlər görülməyəcək. Son hadisələr zamanı dəyən maddi ziyanın müqabilində biz çox az sayda insanın həbs edildiyinin şahidi olduq”.

Jan-Fransua Düma hökumətin müxalifətin fəaliyyətini məhdudlaşdırdığını deyib:

“Ölkə prezidentinin fəaliyyətinin ilk beşilliyi müddətində “sarı jiletlilər” etiraz aksiyaları keçirdilər. Lakin insanlar əbəs yerə bir ilə yaxın etiraz etdilər, özlərini boş yerə yordular. Onların tələblərinə baxılmadı və heç bir tədbir görülmədi. Makrona vaxtilə səs verənlər bu gün onun siyasəti ilə razı deyillər. Makron müxalifətin fəaliyyətini məhdudlaşdırmağa nail olub. Bu gün ölkədə artıq nə sosialistlər, nə sağçılar, nə də kommunistlərin fəaliyyətləri qalıb. Fransada bu gün yalnız ifrat solçuların səsi eşidilir ki, onlar da özlərini hədsiz dərəcədə aqressiv göstərməklə tanınırlar”.

Ekspert Fransa polisinin bugünkü ağır iş şəraitinə də toxunub:

“Atəş açan polisin soyuqqanlığını itirməsi bizi təəcübləndirir. Bu gün Fransa polisi ağır iş şəraitində çalışır. Belə ki, işin həcmi çox, polisi say və gəlirləri azdır. Onlarla pis rəftar olunur, üzərlərinə içki butulkaları atılır. Fransada bu gün elə məhəllələr var ki, ailə həkimləri o ərazilərə girməkdən ehtiyat edirlər. Parisətrafı rayonlarda üstlərində silah gəzdirənlər var ki, ölkə prezidenti bütün bunlara tamamilə biganə münasibət göstərir”.

J.Düma bu gün Fransa tarixində çox qəmgin bir səhifənin yaşadıldığını bildirib:

“Bu gün ölkəmizin borcu rekord həddə çatıb. Bizim ödədiyimiz vergilərin hara getdiyini heç bilmirik. Hesab edirəm ki, Emmanuel Makron Fransanı sevmir. Fransanın tarixi, mədəniyyəti bu gün Avropa İttifaqı tərkibindən silinmək üzrədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir