Fransanın Overn-Rona-Alp bölgəsinin rəhbəri Loran Vokye “Tribuna” qəzetində dərc olunan köşə yazısında ölkə prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatını şərh edib.
“Prezident Ukrayna ərazisinə qoşun yeridilməsinin mümkünlüyünü dilə gətirib. O, bu boş sözləri ilə Fransa və digər Qərb ölkələrinin müharibəyə qoşulmasını nəzərdə tutmaqla dözülməz dərəcədə qeyri-ciddilik nümayiş etdirib”, – deyə bölgə rəhbəri yazıb.
Vokye əlavə edib ki, Fransa Prezidenti heç bir Avropa ölkəsindən və ya ABŞ-dən dəstək almadan nüvə dövlətinə qarşı təkbaşına dayanıb. Nəticədə, məqalə müəllifinin fikrincə, Fransa indi təklənib, etibarını itirərək gözdən düşüb. Fransa tərəfinin bəyanatları dərhal rədd edildikdən sonra Qərb bütün düşmənlərinə öz parçalanmasını və gücsüzlüyünü nümayiş etdirib.