• Ç. Noy 27th, 2024

Fransız Polineziyası Assambleyasının prezidenti: “Müstəqillik, azadlıq istəyirik”

ByYenigun.news

İyl 6, 2023


“Polineziya Fransanın nüvə silahlarının sınaq poliqonu olub”.

Oxu.Az-ın məlumatına əsasən, bunun Fransız Polineziyası Assambleyasının prezidenti Antoni Geros Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusundakı tədbir çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Fransanın bu məsələdə çoxlu maraqları var.

“Rəsmi Paris istəyir ki, Fransanın müstəmləkəçilik mənafeyini saxlasın. Fransa Hind okeanından tutmuş Sakit okeana qədər xətt yaratmaq məqsədləri güdür. Fransanın hərbi strategiyası bu bazaların üzərində dayanır. Bunlar neomüstəmləkəçilik xarakteri daşıyır. Biz azadlıq, müstəqillik istəyirik”,- deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir