“Avropa İttifaqı (Aİ) və digər ölkələr Ermənistanı Azərbaycanla sülh sazişi imzalamamağa sövq edir”.
“Report” xəbər verir ki, bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində deyib.
O vurğulayıb ki, Brüssel İrəvandan regionda öz təsirini gücləndirmək üçün bir vasitə kimi istifadə edir:
“Onlar (Aİ) başa düşürlər ki, indiki mərhələdə Ermənistandakı siyasi elita açıq-aşkar qərbyönümlüdür. Lakin Rusiyanın Ermənistandakı “təzyiq rıçaqları” həm hərbi, həm də iqtisadi baxımdan çox güclüdür”.
Onun sözlərinə görə, Moskvanın İrəvana təsirini zəiflətmək üçün Avropa ölkələri regionda yeni münaqişənin alovlanmasına çalışırlar.