• Ca. Okt 31st, 2024

Fuad Muradov TDT diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumunun məqsədini açıqlayıb

ByYenigun.news

Dek 20, 2022

“Türk Dövlətləri Təşkilatının ərsəyə gəlməsinə gedən yolun məhz 2009-cu il Naxçıvan Zirvə Görüşündən başlaması təsadüfi deyil”.

“Report” xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin beynəlxalq Bakı-Şuşa forumunda bildirib.

O, Prezident İlham Əliyevin sözlərini xatırladıb:

“Prezidentin dediyi kimi, canı və qanı bir türk ölkələri ilə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan diaspor məsələlərinə məsul qurumların üzərinə düşən vəzifə dünya türklərinin vahid yumruq kimi bir hədəfə vurmağı bacaran ümumtürk diasporunda birləşməsinə öz töhfəsini verməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir