• Şb. Noy 30th, 2024

Füzuli sakini: “Məcburi köçkün həyatı bu gün burada son çatır”

ByYenigun.news

Yan 29, 2024


“Atama, anama bu günləri görmək qismət olmadı”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Misir Qaçay oğlu Mehrəlizadə deyib.

O bildirib ki, 32 yaşında çıxdığı doğma yurduna 65 yaşında qayıdır:

“Bu gün ailəmlə doğma yurduma qayıdıram. Atamın, anamın da ən böyük arzusu idi Füzuliyə qayıtmaq, amma nəsib olmadı. Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayırdıq. Artıq bu gündən öz doğma yurdumuzda, öz evimizdə yaşayacağıq. Məcburi köçkün həyatı bu gün burada son çatır. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha 27 ailə, 115 nəfər öz doğma yurduna köçürülür. Bununla da ümumilikdə 527 ailənin (1 969 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir