• Bz. Dek 28th, 2025

Gələn il üçün ehtiyac meyarının həddi MÜƏYYƏNLƏŞDİ

Byadmin

Dek 26, 2023


Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. 

Bununla bağlı President.az məlumat yayıb. 

Qanuna əsasən, ehtiyac meyarının həddi ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.