• Ç. Yan 22nd, 2025

Gəncə hadisələrində zərərçəkən: “Biz o gün sağ qalıb-qalmayacağımıza inana bilmirdik”

ByYenigun.news

Okt 11, 2022

“Biz həmin gün sağ qalıb-qalmayacağımıza inana bilmirdik”. 

Oxu.Az xəbər verir ki, bunu Gəncə hadisələrində zərərçəkənlərdən biri Rüfət Allahverdiyev Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib. 

O bildirib ki, həmin gün yada düşəndə keçirdikləri hisləri ifadə edə bilmirlər:

“Həmin hadisələr zamanı mən özüm də hadisələri ictimailəşdirirdim. Lakin bizim yoldaşlar zərərçəkmiş kimi bizi də işıqlandırdılar. Həmin gecənin canlı şahidi olacağım ağlıma gəlmirdi. O gecə heç kim bilmirdi sağ qalacağıq, yoxsa yox. Amma sağ qaldıq və o dəhşətli gecənin ikinci il dönümünü xatırlayırıq. Məqsədimiz bu terroru törədənlərin cəzalandırılmasıdır”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir