• Ca. Noy 28th, 2024

Gənclər Milli Qurtuluş Gününü qeyd ediblər – FOTO

ByYenigun.news

İyn 15, 2022

Xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar gündən ötən 29 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ölkəmizin inkişafının sarsılmaz təməllərini qoydu.

Hər kəs kimi region gəncləri də böyük xilaskarın xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır və Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin təşkilatçılığı ilə regionlarda müxtəlif tədbirlər həyata keçirilib.

Ümummilli liderin rayon mərkəzlərindəki abidələrini ziyarət edən gənclər qalib ölkənin nümayəndələri olaraq öz dərin sevgi və ehtiramlarını ifadə ediblər. Tədbirlər çərçivəsində respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin muzeylərinə ekskursiyalar təşkil edilib, gənclərə muzeydəki eksponatlar, ulu öndərin həyat yolu haqqında məlumat verilib. Rayon rəsmiləri, tarixçilərin iştirakı ilə təşkil olunan dəyirmi masa və konfranslarda gənclər ulu öndərin siyasi fəaliyyəti, azərbaycançılıq məfkurəsi barədə məlumatlandırılıb.

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərgidə ümummilli liderin həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirən rəsmlər və kitablar nümayiş olunub.

Nümayəndəliklərin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə gənclər arasında “Nə? Harada? Nə zaman?”, “Breyn rinq” formatlı intellektual yarışlar, “Xəmsə” Milli Oyunu keçirilib, basketbol, voleybol yarışları, rəsm müsabiqəsi, rayon ərazisində veloyürüş təşkil edilib.

Qurtuluş Gününə həsr edilmiş “Azərbaycan xalqının xilaskarı” və “Milli qurtuluşdan intibaha”, “15 İyun – Milli Qurtuluş Günü” filmləri gənclər tərəfindən izlənilib.

Silsilə tədbirlər musiqili-əyləncəli proqramla davam edib.

      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir