“Hindistanın Nyu-Delhi şəhərində keçirilən sammitin yekunları üzrə “Böyük iyirmilik” (G20) ölkələrinin liderləri tərəfindən qəbul edilmiş bəyannamə bütün inkişaf və geosiyasət məsələləri üzrə tam konsensus əldə edib”.
Bu barədə “X” sosial şəbəkəsində Hindistanın G20-dəki şerpi Amitabh Kant bildirib.
“Bu, G20-nin bütün inkişaf və geosiyasət məsələləri üzrə 100% konsensusla qəbul etdiyi tarixi və yenilikçi bəyannamədir”, – deyə o qeyd edib.
Hindistan nümayəndəsinin sözlərinə görə, yeni geosiyasi şərait planetə, insanlara, müasir dünyada sülh və firavanlığa güclü çağırışdır.
A.Kant qeyd edib ki, bəyannamədə, həmçinin güclü, dayanıqlı, balanslaşdırılmış və inklüziv inkişafa, dayanıqlı gələcək üçün “yaşıl” inkişafa diqqət yetirilir.
Qeyd edək ki, G20 ölkələri həm də açıq və ədalətli ticarəti təşviq etmək və ixrac qadağaları tətbiq etməməklə bağlı öhdəliklər götürüb.
Bundan əlavə, G20 liderləri yekun sənəddə dünyada, xüsusən də aşağı və orta gəlirli ölkələr üçün etibarlı, yüksək keyfiyyətli vaksinlərə və dərmanlara bərabər çıxışın təmin edilməsinə çağırış ediblər, həmçinin müxtəlif ölkələrin səhiyyə sistemlərinin dayanıqlığının yüksəldilməsinin vacibliyini qeyd ediblər.
Onlar, həmçinin qadınların hüquqlarının müdafiəsi üzrə yeni işçi qrupunun yaradılması barədə də razılığa gəliblər.
With 83 paras and absolutely no dissent , no footnotes, no chair summaries – the #NewDelhiLeadersDeclaration symbolises unparalleled global consensus.
Steered by the vision of PM @narendramodi, #G20India Presidency has delivered phenomenal action on high ambitions for the world. pic.twitter.com/T94uji7WKe— Amitabh Kant (@amitabhk87) September 9, 2023