Güney Azərbaycanın milli futbol komandası “Traktor”un azarkeşlərindən iki nəfər stadiondan çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə saxlanılanlardan Siyamək Seyfinin qardaşı Mənsur Seyfi xəbər verib.
Qeyd olunub ki, hələlik onların həbsinin səbəbləri və dəqiq harada olmaları bəlli deyil.
Xatırladaq ki, dünən Güney Azərbaycanın “Traktor” və Tehranın “Havadar” futbol komandaları arasında baş tutan qarşılaşmadan sonra üç güneyli fəal tutulub.