Güneyli fəallar Azərbaycanın Qarabağda apardığı lokal antiterror tədbirlərini dəstəkləyiblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bununla bağlı bəyanat yayıb.
Sənəddə bildirilir ki, qurum bölgədə sülh və sabitliyin təmin edilməsi yönündə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində başlatdığı antiterror tədbirlərini əhəmiyyətli hesab edir və dəstəkləyir.