• Ç. Noy 27th, 2024

Gürcü xoreoqraf: “Şuşada keçiriləcək tədbirlərdə iştirak etmək istərdim”

ByYenigun.news

Apr 16, 2022

“Şuşanı çox bəyəndim. Qısa müddət ərzində şəhərdə xeyli işlər görüldüyünə görə çox şadam”.

Bunu “Report”a Gürcüstan mədəniyyət xadimləri, alimləri, blogerləri ilə işğaldan azad olunmuş Qarabağa səfər edən gürcü rəqsləri xoreoqrafı Melita Lomadze bildirib.

“İnanıram ki, bütün bu işlər tezliklə başa çatar, biz də incəsənət xadimləri olaraq Şuşada keçiriləcək tədbirlərdə iştirak edərik”, – deyə qonaq qeyd edib.

Ötən gün Füzuli və Cəbrayıla səfər etdiklərini xatırladan sənətçi gördüyü dağıntılardan kədərləndiyini dilə gətirib: 

“Bir neçə şəhər dağılmış vəziyyətdədir. İşğalın yaratdığı fəsadlar çox ağrılıdır. Bildiyiniz kimi, Gürcüstan da oxşar problemlərlə üzləşib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir