“Bu müharibədə əgər Rusiya uğur qazansa, yalnız Ukrayna, Gürcüstan, Azərbaycan deyil, hamımızın həyatı fəlakətlə üzləşəcək”.
“Report”un xəbərinə görə, bunu Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvili IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” adlı paneldə deyib.
Onun sözlərinə görə, ukraynalılar Gürcüstanın, avropalıların təhlükəsizliyi üçün müharibə aparır:
“Əgər onlar məğlub olsa, bu təhlükəsizlik də olmayacaq. Ona görə də biz buna qarşı nəsə etməliyik”, – keçmiş dövlət başçısı söyləyib.