• C. Noy 22nd, 2024

Gürcüstanlı deputat: “Tbilisi İrəvanla Bakı arasında münasibətləri normallaşdırmaq istəyir”

ByYenigun.news

Noy 1, 2023


“Gürcüstanın “3+3” formatında danışıqlarda iştirakdan imtina etməsi regional problemlərdən geri çəkilməsi mənasına gəlmir. Tbilisi İrəvanla Bakı arasında münasibətlərin normallaşması üçün səylər göstərir”.

“Report” xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze İctimai Televiziyanın efirində deyib.

Onun sözlərinə görə, “3+3” formatı Gürcüstan üçün qəbuledilməzdir, lakin Tbilisi Türkiyə ilə ikitərəfli əlaqələrin inkişafı istiqamətində işləyir və üçtərəfli Gürcüstan-Ermənistan-Azərbaycan formatını formalaşdırmağa çalışır:

“Hakimiyyət Tbilisidə sülh sazişinin imzalanacağına ümid edir”.

O qeyd edib ki, Gürcüstan Cənubi Qafqazdakı ab-havanın siyasi və iqtisadi əməkdaşlığa töhfə verməsini vacib hesab edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir