Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş diqqət mərkəzindədir.
Bu barədə Türkiyənin “Haber Global” kanalı xəbər verib.
Məlumata görə, görüş yerli vaxtla saat 18:00-a (Bakı vaxtı ilə 19:00-a) planlaşdırılan ziyafətdən əvvəl olacaq.
Görüşdə Ermənistanın Kəlbəcər istiqamətində təxribatçı addımları və Azərbaycanın buna cavabı, enerji məsələləri, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan qazının Türkiyə üzərindən Avropa ölkələrinə çatdırılması və sair məsələlər müzakirə ediləcək.