Şuşa bəyannaməsinin ildönümü, eləcə də Beynəlxalq Bakı Forumu ilə əlaqədar Türkiyənin “Haber Global” telekanalının efirində xüsusi veriliş yayımlanıb.
Aparıcı Saynur Tezel Tanın təqdimatında studiyanın qonaqları – İstanbul Aydın Universitetinin professoru, təqaüddə olan briqada generalı Özgür Tör, və Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç və Türkiyənin Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan tarixi sənədin əhəmiyyətini qiymətləndiriblər.
Veriliş ərzində Bakıya canlı bağlantı da həyata keçirilib və telekanalın bölgədəki müxbiri hazırda şəhərdəki abu-havanı, Bakı Beynəlxalq Forumuna hazırlıqları türkiyəli tamaşaçılara çatdırıb.