Korsika adasında etirazçı qruplar Fransaya qarşı müstəqillik çağırışları səsləndiriblər.
Bu barədə “Haber Global”ın xarici xəbərlər üzrə redaktoru Eda Tuğrul hadisə yerindən xəbər verib.
Qeyd olunub ki, adada “Nazione” adlı yeni müstəqillik hərəkatı yaradılıb. Bununla belə, Makron administrasiyası muxtariyyətdən başqa digər variantları rədd edir.
“Nazione” hərəkatı öz daxilində müxtəlif qrupları bir araya toplayıb. Onların yeganə məqsədi Korsika Respublikasının qurulmasıdır. Bunun ardınca fəallar polislər tərəfindən saxlanılıblar.
Millətçilərin əsas tələbi Korsika xalqının və onun dilinin tanınmasıdır. İki fəalın saxlanması isə etirazçıların qəzəbini daha da artırıb.
“Fransa hökumətinə görə, korsikalılar yoxdur, ada icması var. Biz Fransa ilə ortaq taleyi qəbul etmirik”, – deyə ada sakinləri etirazlarını bildiriblər.
Daha ətraflı süjetdə: