• Şb. Noy 23rd, 2024

“Haber Global”: “Yeni Kaledoniyada fövqəladə vəziyyət – Makron aranı qarışdırdı” + VİDEO

ByYenigun.news

May 16, 2024




Yeni Kaledoniyanı vətəndaş müharibəsinin kabusu təqib edir. Fransa Prezidenti Emmanuel Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırıb.

Bu barədə Türkiyənin “Haber Global” televiziyasının yayımladığı silsilə reportaj və süjetlərdə deyilir.

Reportajda qeyd edilib ki, Fransa Afrikadan qovulduqdan sonra Ermənistanla Cənubi Qafqaza təsir imkanlarını genişləndirməyə başlayıb.

“Paris Afrikadan qovulma səbəbi kimi Rusiya və Türkiyəni görür. Hazırda isə Yeni Kaledoniyada vəziyyətin nəzarətdən çıxmasında birbaşa rol oynayır”, – deyə süjetdə qeyd edilib.

Süjetdə xatırladılır ki, mayın 13-də Avstraliya və Fici arasında yerləşən Yeni Kaledoniyada şiddətli iğtişaşlar başlayıb. Belə ki, Fransa parlamentində 10 ildən artıqdır adada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində daha çox səsvermə hüququ verilməsini təklif edən qanun layihəsi etirazlara səbəb olub. E.Makronun əmri ilə getdikcə şiddətlənən iğtişaşları yatırmaq üçün fövqəladə vəziyyət elan edilib. Yerli media hadisələrdə azı dörd nəfərin öldüyünü açıqlayıb.

Fransanın daxili işlər naziri Cerald Darmanin bu gün verdiyi açıqlamada 206 nəfərin saxlanıldığını, 64 polis və jandarmanın yaralandığını, adaya təxminən 1 000 polis və jandarmdan ibarət əlavə qüvvə göndərildiyini açıqlayıb. Darmanin iğtişaşlarla bağlı verdiyi açıqlamada, “fövqəladə vəziyyət bu kiçik qrupun 10 mafiya liderini ev dustaqlığına salmağa imkan verdi” deyib.

Qeyd edək ki, Yeni Kaledoniyanın təxminən 300 min əhalisi var. Əhalinin 40 faizini yerli əhali, kanaklar təşkil edirlər. Adada təxminən 40 mindən çox fransız yaşayır. 1998-ci il Numea müqaviləsinə əsasən, Fransa bölgəyə daha çox siyasi muxtariyyət verməyə və əyalət və parlament seçkilərində səsverməni “yalnız o vaxtkı sakinlərə” məhdudlaşdırmağa razılaşıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir