• Ça. Noy 5th, 2024

“Haber Global”ın növbəti erməni təxribatı barədə süjeti: “Ermənistanın məqsədi sülhü baltalamaqdır” – VİDEO

ByYenigun.news

Yan 16, 2023

“Xankəndi yolunda ekoloji terrora son qoyulması tələbi ilə azərbaycanlıların təşəbbüsü ilə keçirilən etiraz aksiyası davam edir”.

Bu barədə “Haber Global” süjet hazırlayıb.

Süjetdə MHP-nin türk dünyasından məsul sədr müavini Kamil Aydın könüllülərin haqlı etirazı ilə bağlı fikrini bildirib.

Onun sözlərinə görə, Ermənistan yeni təxribat törətmək fikrindədir. Kamil Aydın qeyd edib ki, təbiətə, elmə, texnologiyaya və insanlığa zidd şəkildə mədənlərin qazılması və istismarı sülh prosesini baltalamaq məqsədi daşıyır.

“İşğal edilmiş torpaqlar azad edilib. Amma çox təəssüf ki, bu cür bəhanələrlə – mədənlərin qazılması, istismar edilməsi adı altında təxribat törədilir”, – deyə o bildirib.

Sədr müavini Ermənistanın Qarabağda mədənləri istismar etməsini təxribat kimi dəyərləndirib və burada erməni diasporunun rolunu diqqətə çatdırıb.

“Bunu, əsasən, kim həyata keçirir? Diaspor həyata keçirir”, – deyə o vurğulayıb.

Aydın bildirib ki, Ermənistan böhran axtarır.

“Ümid edirəm ki, ən qısa zamanda sağlam düşüncə qalib gələcək və mədənçilik bəhanəsi ilə böhran axtarışlarına son qoyulacaq”, – deyə o əlavə edib.

Daha ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir