• Ca. Noy 28th, 2024

Hakan Fidan: “Azərbaycanın antiterror tədbirindən başqa variantı yox idi”

ByYenigun.news

Sen 23, 2023


“Azərbaycanın keçirdiyi antiterror tədbiri başqa variantın qalmadığını göstərən tədbir idi. Memorandumda (10 noyabr 2020-ci il bəyanatı-red) razılaşdırılmış məsələlərin bəziləri Ermənistan tərəfindən yerinə yetirilməyib”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Birincisi, Zəngəzur dəhlizində və Qarabağda Azərbaycanın suverenliyinin təmini vacib idi. Bu baş vermədikdə, qardaşlarımız haqlı olaraq səbirsizliklərini ortaya qoydular.

Türkiyə olaraq bu addımı atmağın zəruriliyini Azərbaycana çatdırdıq. Bu, mülki əhaliyə zərər verməyən və Azərbaycanın regionda hüquqi suverenliyinə yol açan qısa bir tədbir idi. İrəli sürdüyümüz rasional izahatlar vəziyyətin Azərbaycanın xeyrinə başa düşülməsində təsirli oldu”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir