• Ça. Dek 23rd, 2025

Hakan Fidan Şuşaya avtomobili özü sürüb

Byadmin

Okt 10, 2023


Türkiyənin xarici işlər naziri Hakan Fidan Şuşaya avtomobili özü sürüb.

“Qafqazinfo”nun məlumatına görə, türkiyəli nazir Füzuli hava limanına gəldikdən sonra Şuşaya avtomobili özü idarə edərək gedib.

Onun idarə etdiyi avtomobildə azərbaycanlı həmkarı Ceyhun Bayramov da əyləşib.

Qeyd edək ki, Hakan Fidan Şuşada təşkil olunan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirlərinin 27-ci Toplantısında iştirak etmək üçün Azərbaycana gəlib.